Ölkə futbolu
Rusiya uduzdu, Portuqaliya ABŞ-la sülh bağladı
Artıq dünya çempionatında qrup mərhələsinin ikinci tu…
Artıq dünya çempionatında qrup mərhələsinin ikinci turunun son akkordları vurulur. Futbolinfo.az xəbər verir ki, qrup mərhələsi çərçivəsində ötən gecə daha 3 oyun keçirilib və ikinci tura yekun vurulub.
Öncə H qrupunda meydana Belçika və Rusiya komandaları çıxıb. İlk turu qələbə ilə başa vurmuş belçikalılar qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin etmək istəyirdisə, Rusiya birinci turdakı heç-heçənin əvəzini çıxmaq arzusundaydı. Amma son dəqiqələrdə vurulan qol Belçika millisini sevindirib.
Qrupun digər matçında Cənubi Koreya və Əlcəzair yığmaları münasibətlərinə aydınlıq gətiriblər. Bu oyunda məğlubiyyət müsəlman ölkəsinin pley-off şanslarını yox edəcəkdi. Amma əlcəzairlilər möhtəşəm oyun sərgiləyərək qələbə qazanmağa nail olublar.
Gecə saatlarında isə G qrupunda maraqlı bir oyun baş tutub. Millimizin baş məşqçisi Berti Foqtsun məsləhətçisi olduğu ABŞ Portuqaliyanı sınağa çəkib. Kriştianu Ronaldonun komandası uduzacağı halda dünya çempionatında mübarizəni dayandıracaqdı. Lakin 4 qolun vurulduğu qarşılaşmada tərəflər heç-heçəyə razılaşıblar.
DÇ-2014
Qrup mərhələsi
22 iyun
H qrupu
Belçika – Rusiya – 1:0
Qol: Oriqi, 88.
Cənubi Koreya – Əlcəzair – 2:4
Qollar: Hunq-Min Son, 50, Ja-Çeol Koo, 72 – Slimani, 26, Hallişe, 28, Djabu, 38, Brahimi, 62.
H qrupundakı son durum: Belçika – 6, Əlcəzair – 3, Rusiya, Cənubi Koreya – 1.
G qrupu
ABŞ – Portuqaliya – 2:2
Qollar: Cons, 62, Dempsi, 81 – Nani, 5, Varela, 90.
G qrupundakı son durum: Almaniya, ABŞ – 4, Qana, Portuqaliya – 1.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı