Ölkə futbolu
XL Aleksandr Şemonayev ilə müqavilə imzaladı, altısını göndərdi
“Xəzər Lənkəran” Futbol Klubu müdafiəçi A…
“Xəzər Lənkəran” Futbol Klubu müdafiəçi Aleksandr Şemonayevi həyətinə cəlb edib. Futbolinfo.az xəbər verir ki, ötən mövsüm AZAL-ın heyətində çıxış etmiş sol cinah müdafiəçisi daha əvvəl “Simurq” və “Abşeron” komandalarının formasını geyinib.
29 yaşlı futbolçu ilə bir il müddətinə müqavilə imzalanıb.
Həmçinin, bu yay müqaviləsi başa çatan futbolçular Alvaro Silva, Adrian Pit, Nikola Qliqorov və Deyvid Sakkoni ilə yollar ayrılıb. Zohair Benuahi və Slavik Alxasovla müqavilələrə isə qarşılıqlı şəkildə xitam verilib.
“Xəzər Lənkəran” yuxarıda adı sadalan hər bir futbolçuya klubda olduqları müddət ərzində xidmətlərinə görə təşəkkür edib və onlara karyeralarında uğurlar arzu edib. (klub saytı)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib