Bizi izləyin

Müsahibə

Rauf Əliyev: "Adam maşını satmağa məcbur olur"

Futbol üzrə Azərbaycan yığmasının və "Bakı"nın…

blank
Futbol üzrə Azərbaycan yığmasının və "Bakı"nın hücumçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi
 
– İstirahətiniz necə keçdi?
– Belə də. Buna tətil demək olmaz.
 
– Mövsümü titulsuz başa vurmaq tətilinizə necə təsir etdi?
– Heç sabahımız bəlli deyil. Ona görə də tətil keçirmədik. Necə olacağını bilmirik. Bütün günü fikrimiz klubda qalır. Bilmirik, düzələcək yoxsa, düzəlməyəcək…
 
– Sizə nə deyirlər ki? Son durum necədi?
– Heç nə. Bir adam yoxdu ki, nəsə desin. Əvvəl iyunun 25-də yığışacağımızı demişdilər. İndi də toplanış 28-nə təyin olunub. Vaxt uzandı.
 
– Təlim-məşq toplanışına gec başlamaq "Bakı"nın növbəti mövsümdəki çıxışına mənfi təsir göstərməyəcək?
– Hələ bir ay var. Görək də necə olacaq.
 
– Müqavilə ilə "Bakı"ya məxsus olsaz da, hiss olunur ki, klubda qalmağa həvəsli deyilsiz…
– Belə gedişata görə adam klubdan soyuyur. Maliyyə və bir sıra problemlər var. Neçə aydı ki, maaş almırıq. Hər şey göz qabağındadı. Bizə bu gün, sabah düzələcəyini deyirlər. Ona görə də gözləyirik.
 
– Bankda sizin də pulunuz batmışdı?
– Xeyr, sadəcə, bir sıra problemlər vardı.
 
– Neçə aydı maaş almırsız?
– Hardasa 4-5 aydı.
 
– Bəllidi ki, "Xəzər Lənkəran" sizin transferinizdə maraqlıdı. Ümumiyyətlə, "Bakı"dan azad olunmanız üçün nə tələb olunur?
– Bu barədə heç kimlə söhbət etməmişəm. Çünki klubda adam yox idi. Heç kim də yoxdu ki, sözünü deyəsən. Ona görə də gözləmək məcburiyyətindəyəm.
 
– Allah özünüzə qismət etsin. Bu vaxta qədər xeyli pul qazanmısız. 4-5 ay pulsuz oynamaq futbolçuya çoxmu mənfi təsir edir?
– Mən də sizə sual verim də. Beş ay maaş almasaz, işləyə bilərsiz? Həvəsiniz olar?
 
– İşi sevirəmsə, çətinlikləri də başa düşərəm…
– Bəs yol pulu tapmasan?
 
– Yol pulu 20 qəpikdi də.
– Baxma da, bir var avtobusla, biri də var maşınla gedəsən. Adam maşını satmağa məcbur olur. Qardaş, yox e, hec cür alınmır. Bizim işimiz daimi deyil axı. 6-7 il oynadıqdan sonra karyeramızı başa vuracağıq. Özümüzə gün ağlamalıyıq. İndi qazanmayandan sonra, bəs nə vaxt qazanacağıq? 40 yaşımızda futbol oynamayacağıq ki. Allah eləməsin, sabah elə bir ciddi zədə almaqla futbolu birdəfəlik ata bilərik.
 
– "Qarabağ"dan ayrılmağınıza peşmansız?
– Xeyr, peşman deyiləm. Əvvəlki iki ildə hər şey yaxşı idi. Sadəcə, son dövrlər problemlər öz mənfi təsirini göstərdi. Bəlkə də, maliyyə problemləri olmasaydı, Avropa Liqasına gedərdik.
 
– Sizcə, problemlərin yaranmasına nə səbəb oldu?
– Yəqin ki, maliyyə. Çünki bir nömrəli problem elə maliyyə ilə bağlı çətinliklərdi.
 
– Futbolçularının 4-5 aydı maaş almamasına baxmayaraq, "Bakı"nın prezidenti Hafiz Məmmədov İngiltərənin "Şeffild Uendsey" klubunu satın aldı. Buna münasibətiniz necədi?
– Mən o işlərə qarışmaq istəmirəm.
 
– Bəs indiki məqamda nəyə ümid edirsiz?
– Ümid edirəm ki, hər şey düzələcək.
 
– Düzəlməsə?
– Düzəlməsə, yəqin ki, özümüzə bir yol taparıq da.
 
– Bu yol "Xəzər Lənkəran"dan keçir?
– (Gülür) Hələ  ki, onu dəqiqləşdirməmişəm.
 
– Cənub klubu ilə aranızda danışıqlar olub?
– Danışıq olmayıb, amma maraqlanıblar. Mən də "Bakı" ilə müqaviləmin olduğunu demişəm. Ona görə də gözləyirik.
 
– Səbrsiz futbolçu olduğunuzu bilirəm. Maaşların verilməməsi və digər problemlərə görə "Bir klub gəlib məni "Bakı"dan azad etsəydi" düşündüyünüz vaxt olur?
– Elə şeylər fikirimə gəlmir. "Bakı"da hər şey yolunda olub. Bir az maaş verilmir deyə, klub haqda pis fikirlər səsləndirə bilmərəm. Çünki, bu klubun çörəyini yemişəm. Bu futbol həyatıdı. Problemlər təkcə bizim klubda olmayıb. İnanıram ki, bütün problemlər öz həllini tapacaq. Şükür Allaha ki, həyatımızdan da razıyıq.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-04 15:51

“Kəpəz” “Sumqayıt”a qarşı – YENİLƏNİR

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm