Ölkə futbolu
Ramin Musayev: "İnşallah, gələn il Şuşada oynayarıq"
Ötən mövsüm ölkə Superkuboku Naxçıvanda …
Ötən mövsüm ölkə Superkuboku Naxçıvanda baş tutmuşdu. Futbolinfo.az xəbər verir ki, PFL bu dəfə "Qarabağ"la "Neftçi" arasında baş tutacaq Superkubok matçını Qəbələdə keçirməyi qərara alıb.
Saytımıza açıqlama verən PFL-in prezidenti Ramin Musayev matçın keçirilməsi üçün seçimlərini niyə məhz Qəbələdən yana etdikərini bildirməklə yanaşı, bir sıra maraqlı məqamlara aydınlıq gətirib:
"Uzun illərdən sonra son ölkə Superkubokunu Naxçıvanda keçirdik. Bu il də Qəbələdə keçirməyi qərara aldıq. İnşallah, gələn iş Şuşada oynayarıq. Bakı şəhərində yetərincə oyunlar olacaq. Qəbələdə gözəl stadionlar tikilib, yaxşı şərait var. Avqust ayında hava şəraitinin isti olmasını nəzərə alsaq, orada oyun keçirmək daha rahatdı. İstəyərdim ki, Superkubok matçını Gəncədə də keçirək. Ancaq hazırda Gəncə stadionu ideal vəziyyətdə deyil. Tovuzda da keçirməyi fikirləşdik. Ancaq orada həm suni ot örtüyüdü, həm də azarkeşlər üçün oturacaqlar azdı. Bu da çətin olacaqdı. Ona görə də qərara gəldik ki, ən məqsədyönlü Qəbələdi. "Qəbələ" rəhbərliyi də çalışır ki, Avropa Liqasının matçına qədər oturacaqların sayını artırsınlar. Mənə elə gəlir ki, bu qərara görə futbolsevərlər də, azarkeşlər də razı qalacaq. Yayın olmasını və insanların çox hissəsinin istirahətdə olduğunu nəzərə alsaq, mənə elə gəlir ki, 5 minlik azarkeş tutumu olan bəs edər".