Dünya futbolu
Vela sabiq klubu ilə anlaşdı
İspaniyanın "Real Sosyedad" klubu Karlos Velanın transfer…
İspaniyanın "Real Sosyedad" klubu Karlos Velanın transferiylə bağlı "Arsenal"la razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, bask klubunun açıqlamasında isə meksikalı futbolçuyla yeni 4 illik müqavilə imzaladığı qeyd olunub.
Bu, Velanı daha yüksək qiymətə satmaq üçün atılmış addım kimi qiymətləndirilir. Daha öncə Arsen Vengerin Velanı yeni mövsümdən etibarən "topçular"ın heyətində görmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.
Karlos Vela "Real Sosyedad" formasıyla 126 rəsmi qarşılaşmada oynayıb, 47 qol və 28 məhsuldar ötürməylə yadda qalıb.