Ölkə futbolu
"Qəbələ"nin supertransferi alınmadı (ÖZƏL)
Son mövsümün bürünc mükafatçısı…
Son mövsümün bürünc mükafatçısı "Qəbələ" hazırda növbəti çempionatın hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, tarixində ilk dəfə olaraq Avropa Liqasında çıxış edəcək "qırmızı-qaralar" mövsümün sonunda xeyli sayda futbolçunu komandadan göndərsə də, hələlik 4 yeni oyuncunu heyətinə cəlb edə bilib.
Bunlar Ruslan Əmircanov, müqavilə ilə Rusiyanın "Rubin" klubuna məxsus olan Ruslan Abışov, rumıniyalı Andrey Kristea və Adrian Ropotandı. Avroliqanın 1-ci təsnifat mərhələsində "Şiroki Briyeq" səddini keçməyi hədəfləyən "Qəbələ" rəhbərliyi heyətini daha bir futbolçu ilə gücləndirmək istəyib. Əldə etdiyimiz məlumata görə son Azərbaycan kubokunun gümüş mükafatçıları Ukrayna "Şaxtyor"unda çıxış edən Çexiya millisinin üzvü Tomas Hübşmanı sıralarına qatmağa çox yaxın olub. Ancaq son qərarı "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu verdiyindən, o futbolçunu komandasında görmək istəməyib. Buna isə Ruslan Abışovun komandanın heyətinə cəlb olunması səbəb olub. İş burasındadı ki, çexiyalı futbolçu da müdafiəçidi.
Qeyd edək ki, "Şaxtyor"la müqaviləsi başa çatan Tomas Hübşman Çexiya millisində 58, Donetsk təmsilisinin heyətində isə 154 oyun keçirib. 10 ildi "Şaxtyor"da çıxış edən 32 yaşlı müdafiəçi Ukrayna klubuna Çexiyanın "Sparta" komandasından transfer olunmuşdu.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib