Ölkə futbolu
"İnter" "Spartak"a belə uduzdu (FOTOREPORTAJ)
"İnter"in Avstriyanın Lutzmannsburq qəsəbəsindəki təl…
"İnter"in Avstriyanın Lutzmannsburq qəsəbəsindəki təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, ötən gün komandamız Avstriyadakı toplanış çərçivəsində üçüncü yoxlama görüşünü keçirib.
Lutzmannsburq qəsəbəsinin "Thermenkurz Hotel"in meydançasında baş tutan "İnter" – "Spartak" (Trnava) matçı slovakiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bu oyuna aşağıdakı əsas heyəti buraxıb:
Georgi Lomaya, Arif Daşdəmirov, Aleksandr Amisulaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Matiya Şpiçiç, Slavço Georgiyevski, Derlis Meza Kolli, Asif Məmmədov (k), Elvin Məmmədov və Dieqo Madriqal.
İkinci hissənin gedişində meydana Elvin Məmmədovun əvəzinə Mikel Alvaro, Slavço Georgiyevskinin yerinə Abdulla Abatsiyev və Yohan Bokonyanonun əvəzinə İvan Benites daxil olublar.
Bu oyunda "İnter"in yeganə qolunu Matiya Şpiçiç vurub. "Spartak"ın heyətində isə Matus Çonka və Peter Nvorah fərqləniblər.