Ölkə futbolu
Millimizin sabiq üzvü AZAL-da!
AZAL növbəti mövsümün hazırlıqlarını Bakıda …
AZAL növbəti mövsümün hazırlıqlarını Bakıda davam etdirir. Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədov bu gün səhər 11-də komandasına növbəti məşqi keçib.
Uzun yol səbəbi ilə icazə alaraq ABŞ-dan gec dönən Con Oluremi də bu gün komandanın məşqində iştirak edib.
Əldə etdiyimiz məlumata görə "təyyarəçilər" yeni futbolçu baxışa dəvət edib. Bu vaxtilə U-21 yığmamızın formasını geyinmiş Emin Mustafayevdi. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun yaxın günlərdə son mövsümü Türkiyənin 4-cü liqasında mübarizə aparan "Karspor"da keçirmiş 24 yaşlı yarımmüdafiəçi haqda qərarını açıqlaması gözlənilir.