Ölkə futbolu
XL daha iki futbolçunun yolunu gözləyir
Yay təlim məşq toplanışı üçün Türkiyənin …
Yay təlim məşq toplanışı üçün Türkiyənin Ərzurum vilayətini seçən “Xəzər Lənkəran” iyun ayının 23-dən başlayaraq hazırlığını davam etdirir. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, gündə iki dəfə olmaqla keçirilən daha çox fiziki yönümlü məşqlərdə hazırda 21 futbolçu iştirak edir.
Onlardan ikisi – Bayram Budaqov və bolqar yarımmüdafiəçi Qalin İvanov baxışdadılar. Yaxın günlərdə klubun seleksiyaçı-məşqçisi Mario Souzanın mövsüm boyu izlədiyi futbolçulardan daha ikisi düşərgəyə gələcək ki, bütün baxışa gələn futbolçular haqqında son qərarı baş məşqçi Oğuz Çətin verəcək.
“Xəzər Lənkəran"ın Ərzurum toplanışı qardaş ölkənin mediasının da diqqət mərkəzindədi. Artıq Türkiyənin “İhlas”, ”Anadolu Ajans”, ”Doğan Haber” kimi tanınmış agentlikləri və TRT kanalı komandanın düşərgəsində olaraq süjet hazırlayıblar. Ərzurumda yeni inşa olunan təlim-məşq bazasına ilk olaraq “Xəzər Lənkəran”ın gəlişi xüsusi olaraq qabardılır. Komanda iyul ayının 6-na qədər Ərzurum toplanışını davam etdirib daha sonra ikinci hazırlıq dönəmi üçün Sloveniyaya yola düşəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var