Dünya futbolu
Kliçko: “Suaresin dişlərini tökərdim”
Dünyaca məşhur ukraynalı boksçu Vladimir Kliçko …
Dünyaca məşhur ukraynalı boksçu Vladimir Kliçko Braziliyada keçirilən dünya cempionatı ilə bağlı maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, dünya çempionu müsahibəsində Uruqvayın forvardı Luis Suaresin İtaliya ilə oyunda rəqibi Corco Kyellinini dişləməsinə maraqlı münasibət bildirib: “Sadəcə, dəhşətdi! Belə hal boksda olmuşdu. Tayson Holifildin qulağını dişləmişdi.
Jurnalistin – “Suares artıq üçüncü dəfədi eyni addımı atır” sözlərinə Kliçko bu cür reaksiya verib: “Doğrudan? Bəlkə onun ağzını dağıtmaq lazımdı? Sizə gülməli görünə bilər. Amma təsəvvür edin, rinqdə kimsə sizi dişləyir. Buna cavabınız necə olardı? Bir zərbəylə həmin adamın dişlərini tökərdim. Unutmayaq ki, futboldan fərqli olaraq, boksda belə zərbəyə görə məni rinqdən qovmazlar (gülür)”.