Dünya futbolu
Balotelli “Milan”da qaldı
İtaliya millisnin hücumçusu Mario Balotellinin klubu &quo…
İtaliya millisnin hücumçusu Mario Balotellinin klubu "Milan"da qalıb-qalmayacağı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın vitse-prezidenti Adriano Qalliani hücumçunun yeni mövsümdə də burada qalacağını deyib.
Qalliani İtaliyanın dünya çempionatında uğursuz çıxış etməsinin səbəbkarının Balotellinin olması haqda fikirlərlə razılaşmayıb: "İtaliya millisində Balotellidən başqa daha 22 futbolçu və məşqçi heyəti dura-dura günahı onun üzərinə atmaq doğru olmaz. Dünya çempionatında komanda uğursuz çıxış etdi. Düzdü, Balotelli də ondan gözlənilən oyunu nümayiş etdirə bilmədi. Amma İtaliyanın qrupda qalmasının səbəbkarı Balotelli deyil".