Dünya futbolu
“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq topuğundan aldığı zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Futbolinfo.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının startına kimi sağalacaq və milli komandaya kömək edə biləcək. Niderland millisi qrupda Fransa, Polşa və Avstriya ilə qarşılaşacaq. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
La Liqanın 31-ci turunun “Real”la oyununda (2:3) niderlandlı futbolçu xərəkdə aparılıb.
26 yaşlı Frenki de Yonq bu mövsüm 30 oyun keçirib və 2 qol vurub. Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?