Dünya futbolu
“Borussiya” keçmiş əməkdaşını geri qaytardı
Futbol funksioneri Sven Mislintat Dortmund “Borussiya”sına qayıdır.
Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu mayın 1-dən Mislintatın texniki direktor vəzifəsini icra edəcəyini təsdiqləyib.
Mislintat bundan əvvəl 2006-17-ci illərdə “Borussiya”da müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra almaniyalı mütəxəssis “Arsenal”, “Ştutqart” və “Ayaks”da fəaliyyət göstərib. O, ötən ilin sentyabrından cəmi 4 ay çalışaraq, Amsterdam klubunu tərk edib.
“Borussiya” hazırda Almaniya çempionatının turnir cədvəlində 5-ci yerdədir. Komanda ötən həftə Çempionlar Liqasının yarımfinalına yüksəlib və rəqibi PSJ olacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?