Dünya futbolu
Noyerin Müller eşqi
Almaniya millisinin qapıçısı Manuel Noyer komanda yoldaşı …
Almaniya millisinin qapıçısı Manuel Noyer komanda yoldaşı Tomas Müller haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, qolkiper Müllerin DÇ-2014-dəki çıxışı ilə hamıdan fərqləndiyini bildirib:
"Müllerin Kloze ilə birgə dünya çempionatlarının ən yaxşı bombardiri olmalarını istərdim. Ancaq Müllerin mundialların ən yaxşısı olmaq üçün şansı var. Hər şey yolunda getsə, Müller dünya çempionatlarında daha çox oyun keçirəcək. O, ABŞ-la matçda əla oyun sərgilədi. Müller hər zamankı kimi, lazımi vaxtda, lazımi yerdə idi. Dünya çempionatına optimal formada gəlib. Onun mundialın bombardiri olacağını söyləmək hələ tezdi. Ancaq fakt faktlığında qalır ki, onsuz iki yarımfinal matçında uduzmuşuq. Ötən dünya çempionatının yarımfinalında (2010) İspaniyaya, AÇ-2012-də isə İtaliyaya məğlub olmuşduq".
Almaniya dünya çempionatının 1/8 finalında Əlcəzairlə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”