Ölkə futbolu
Qəbələdə çex "casus"lar (ÖZƏL)
Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Qəbəl?…
Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Qəbələ" "Şiroki Briyeq"lə matçın hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Bosniya təmsilçisini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Əyalət təmsilçisi "Şiroki Briyeq" səddini aşacağı təqdirdə Çexiyanın "Mlada Boleslav" komandası ilə qarşılaşacaq. Əldə etdiyimiz məlumata görə, Çexiya klubunun nümayəndələri "Qəbələ" – "Şiroki Briyeq" matçını izləmək üçün ölkəmizə təşrif buyuracaqlar.
Qeyd edək ki, matç iyulun 3-də keçiriləcək və saat 20:00-da başlayacaq.