Dünya futbolu
Di Mariyanı Rodriqes əvəzləyəcək
Madrid "Real"ının yarımmüdafiəçisi Anhel Di …
Madrid "Real"ının yarımmüdafiəçisi Anhel Di Mariya klubdan ayrılmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, Di Mariya "Real"da ona yetərincə qiymət verilmədiyini düşünür və bu səbəbdən komandanı tərk etmək fikrindədi.
26 yaşlı futbolçu artıq klub rəhbərliyindən onu başqa komandaya göndərmələrini istəyib. Madrid təmsilçisi də öz növbəsində argentinalı futbolçunu təxminən 50 milyon avro müqabilində satmağı planlaşdırır.
Əgər Anhel komandanı ərk edərsə, “Real” ona əvəzləyici tapacaq. "Monako"nun yarımmüdafiəçisi Xames Rodriqes karyerasını "Real"da davam etdirə bilər. "Daily Mail"in xəbərinə görə, Madrid klubu artıq kolumbiyalı ulduzun transferi üçün danışıqlara başlamağa hazırdı. Rodriqesin mümkün transfer dəyərinin 40 milyon funt sterlinq olacağı gözlənilir.
Kolumbiyalı futbolçu bir neçə gün əvvəl müsahibəsində "Real"ı "Barselona"dan daha çox xoşladığını bildirmişdi.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…