Digər idman növləri
Nicat Kanadada qələbə qazana bilmədi
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində sonuncu görüşünə çıxıb. 28 yaşlı qrossmeyster XIV turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gəlib.
Ağ fiqurlar Abasova kömək olmayıb və o, ilk görüşdəki kimi məğlub olub. 14 oyunun nəticəsinə əsasən, Nicat Abasov 3,5 xal toplayaraq sonuncu, 8-ci yeri tutub.
Hikaru Nakamura (ABŞ) ilə Dommaracu Qukeş (Hindistan), Vidit Santoş (Hindistan) və Əlireza Firuzca (Fransa), rusiyalı Yan Nepomnyaşi ilə amerikalı Fabiano Karuana arasında keçirilən görüşlər heç-heçə başa çatıb.
Turnirinin qalibi isə hindistanlı Dommaracu Qukeş olub. Əmsala görə, Nakamura ikinci, Nepomnyaşi üçüncü, Karuana isə dördüncü yeri tutub. Nepomnyaşi turnirdə bir dəfə də olsun məğlubiyyət (3 qələbə, 11 heç-heçə) yaşamayan yeganə şahmatçı olub.
Qeyd edək ki, qadınların yarışında İddiaçılar Turnirinin qalibi Çin şahmatçısı Tan Çjuni olub.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…