Ölkə futbolu
Savankulov qol və qələbə ilə qayıtdı (VİDEO)
"Rəvan”ın tacikistanlı müdafiəçisi Sohib Sa…
"Rəvan”ın tacikistanlı müdafiəçisi Sohib Savankulovun milli komandasının heyətinə cəlb olunduğunu xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, futbolçu Qırğızıstanla oktyabrın 15-də keçirilən yoldaşlıq matçında iştirak edib.
Özü də Savankulov taciklərin 4:1 hesabı ilə qələbə qazandıqları görüşdə qol da vurub. Sohib komandasının 4-cü qolunun müəllifi olub. Maraqlıdı ki, ilk hissədə 4 qol vurduqdan sonra taciklər ehtiyat qüvvəni meydana buraxıb və rəqib fərqi azaldıb.
Onu da qeyd edək ki, bu, taciklərin yeni baş məşqçi Muxsin Muxamadiyevin rəhbərliyi altında keçirdiyi ikinci oyunda əldə etdiyi ikinci qələbədi: avqustda Hindistan millisi məğlub edilmişdi (3:0) və o qarşılaşmada da Savankulov 90 dəqiqə meydanda olmuşdu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…