Ölkə futbolu
"Neftçi"nin Avroliqadakı potensial rəqiblərinin oyununda 5 qol (VİDEO)
Son ölkə kubokunun qalibi "Nfetçi" Avropa Liqas…
Son ölkə kubokunun qalibi "Nfetçi" Avropa Liqasında mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Futbolinfo.az xəbər verir ki, bakılıların rəqibi isə ilk təsnifat mərhələsində üz-üzə gələn Sloveniya "Koper"i ilə Monteneqro "Çelik"i arasındakı dueldə müəyyənləşəcək.
Artıq dünən bu komandalar arasında ilk görüş baş tutub. Səfərdə "Çelik"i 5:0 hesabı ilə darmadağın edən Monteneqro təmsilçisi cavab matçı üçün rəqibinə ümid yeri qoymayıb.
Bu iki komanda arasında bir həftə sonrakı oyunda möcüzə baş verməsə, iyulun 17-də "Neftçi" "Koper"lə qarşılaşacaq. "Ağ-qaralar"ın potensial rəqiblərinin ilk oyunundan hazırlanmış videoreportajı təqdim edir.