Ölkə futbolu
“Qarabağ” almanlara divan tutdu
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı davam…
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı davam etdirir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu gün növbəti yoxlama matçına çıxıb.
Avstriyadakı hazırlığının sonuncu həftəsini keçirən “atlılar” son yoxlama matçında Almaniyanın aşağı divizion təmsilçisi "Sonnenhof Qrossaşpax" klubu ilə qarşılaşıb. Qurban Qurbanovun yetirmələri bu görüşdə 6 qolla qələbə qazanıblar.
Xatırladaq ki, bundan öncə Donetsk "Şaxtyor"u (Ukrayna) və Rusiya "Krasnodar"ına müvafiq olaraq 0:2 və 0:1 hesabıyla uduzan Qurban Qurbanovun yetirmələri ardıcıl olaraq Almaniyanın "Vakker Burqhauzen" komandasına 2:0, Çexiyanın “Viktoriya” klubuna 3:1 hesabıyla qalib gəlib.
Yoxlama oyunu
8 iyul
Qarabağ – Sonnenhof Qrossaşpax – 6:1 (3:0)
Yağmurlu hava şəraitində keçirilən oyun başladı
3. Reynaldonun ideal ötürməsindən sonra Leroy Corc hesabı açır – 1:0
14. İlk qolun ötürməsini verən Reynaldo bu dəfə özü fərqləndi – 2:0
17. Danilo Dias komandasının 3-cü qolunu vurur – 3:0
20. Rəqib təzyiqi artırsa da, komandamız müdafiədə inamlı çıxış edir
14. İlk qolun ötürməsini verən Reynaldo bu dəfə özü fərqləndi – 2:0
17. Danilo Dias komandasının 3-cü qolunu vurur – 3:0
20. Rəqib təzyiqi artırsa da, komandamız müdafiədə inamlı çıxış edir
28. Almaniya klubu qol vəziyyəti yaratsa da, istəyinə çata bilmir
32. Reynaldonun təhlükəli zərbəsi qapının üzərindən keçdi
38. Rəqibin təhlükəli cərimə zərbəsini İbrahim Sehiç inamlı çıxışla dəf etdi
40. Riçard Almeydanın zərbəsi qapıdan xeyli aralı keçdi
40. Riçard Almeydanın zərbəsi qapıdan xeyli aralı keçdi
45. İlk hissə başa çatdı
46. İkinci hissə başladı
59. Leroy Corc rəqibin cərimə meydançasına asanlıqla daxil olaraq özünün 2-ci, komandasının isə 4-cü qolunu vurdu – 4:0
63. Çumbinyonun cərimə zərbəsi qapıdan aralı keçdi
66. Reynaldo əla keçidi ilə cərimə meydançasına daxil oldu və özünün 2-ci, komandasının 5-ci qolunu vurdu – 5:0
72. "Qarabağ"ın heyətində dəyişiklik oldu. Bədavi Hüseynov, Qara Qarayev və Çumbinyonun əvəzinə meydana Muarrem Muarrem, Hacı Əhmədov və Vüqar Nadirov daxil oldu
75. Reynaldo het-trik edərək komandasının 6-cı qolunu vurdu – 6:0
78. Maksim Medvedevin əvəzinə meydana İlqar Qurbanov daxil oldu
86. Rəqib təsəlli qolunu vura bildi – 6:1
90. Oyun başa çatdı
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?