Dünya futbolu
“Çelsi”dən “Ateltiko”nun üzvünə 15 milyonluq təklif
"Çelsi" Dieqo Kostadan sonra Felipe Luisi də transfe…
"Çelsi" Dieqo Kostadan sonra Felipe Luisi də transfer etmək üçün "Atletiko"yla danışıqları davam etdirir. Futbolinfo.az xəbər verir ki, London klubu braziliyalı müdafiəçiyə görə təklifin miqdarını yüksəldib.
Belə ki, "zadəganlar" Luisi heyətlərinə qatmaq üçün 15 milyon funtdan keçməyə hazırdı. Felipenin müqaviləsində isə sərbəst qalma dəyəri 19 milyon funt olaraq göstərilib. "Atletiko" bu məbləğ ödənilməyincə müdafiəçini əldən buraxmaq istəmir.
28 yaşlı futbolçunun Madrid təmsilçisi ilə mövcud müqaviləsi 2015-ci ildə bitəcək. Daha öncə Luisin "qırmızı-ağlar"la saziş yeniləmək istəmədiyi haqda xəbərlər yayılmışdı.