Dünya futbolu
Evra MY-ni italyan klubuna dəyişir
Son İtaliya çempionu “Yuventus" "Mançes…
Son İtaliya çempionu “Yuventus" "Mançester Yunayted"in müdafiəçisi Patris Evranın transferini yekunlaşdırmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, Turin klubu artıq 33 yaşlı futbolçuyla müqavilənin şəxsi detallarında razılığa gəlib. Hər şey qaydasında gedərsə, Evra "ağ-qaralar"la iki illik müqaviləyə imza atacaq. Onun yeni klubundakı illik məvacibi 3,5 milyon avro olacaq.
"Mançester Yunayted" və "Yuventus" arasındakı danışıqların isə yaxın günlərdə bitəcəyi gözlənilir. Deyilənlərə inansaq, fransız müdafiəçi bu həftə "Yuve"nin yeni futbolçusu ola bilər.
Evranın "qırmızı şeytanlar"la müqaviləsi 2015-ci ilə kimidi. İngilis klubu onun transferindən 3-4 milyon avro arası gəlir götürməyi planlaşdırır.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”