Bizi izləyin

Müsahibə

"Əliyar Ağayev Braziliya – Almaniya matçını idarə edə bilər"

Topaz Premyer Liqasının oyunlarına təyinat alan hakimlərimiz iyul…

blank
Topaz Premyer Liqasının oyunlarına təyinat alan hakimlərimiz iyulun 10-dan 25-dək Polşada təlim məşq toplanışı keçirəcək. Həmin ərəfədə hakimlərimiz bir sıra yoxlama matçlarında fit çalacaq. Saytımıza müsahibə verən Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov Polşada baş tutacaq təlim-məşq toplanışı ilə yanaşı, hakimlərlə bağlı bir sıra suallarımızı da cavablandırıb.
 
– Hakimlərin hazırlığı necə gedir?
– Çempionat başa çatandan sonra fiziki hazırlıq üzrə məşqlərimizi dayandırmamışıq. Hakimlər təlim-məşq toplanışına tam hazır gəlmək, zədələnməmək üçün məşqləri davam etdirirlər. Nəzəri məşğələlər və oyunlar isə Polşadakı təlim-məşq toplanışında olacaq. Polşada təlim-məşq toplanışı 15 günlük nəzərdə tutulub. İyulun 10-u gedib, 25-də vətənə dönəcəyik.
 
– Polşadakı təlim-məşq toplanışına hansı hakimlər aparılmayacaq?
– Əsas hakimlərin hamısı gedəcək. Rauf Cabbarov və Ramil Əhmədov isə şəxsi işləri ilə bağlı getməyəcək. Ancaq onlar da məşqlərini davam etdirirlər.
 
– Avrokuboklara təyinat almış hakimlərimiz barədə nə deyə bilərsiz?
– Artır Rəhim Həsənov bir oyunu idarə edib. Kifayət qədər də yüksək qiymət alıb. Çempionlar Liqasında Əlyar Ağayev "Aktobe" (Qazaxıstan) – "Dinamo" (Tiflis, Gürcüstan) oyununu idarə edəcək. Ondan bir gün sonra isə Avropa Liqasında  Anar Salmanov  "Vaduts" (Lixtenşteyn) ilə "Collage Europa" (Cəbəllütariq) – "Ruch" (Polşa) matçının qalibinin görüşündə meydana çıxacaq. İndi hazırlaşırlar, toplanışda da yüksək səviyyəyə çatacaqlar. Düzdü, indi də hazırdılar. Onların idarə edəcəkləri oyunlar toplanışın sonuna təsadüf etdiyindən, bu təlim-məşq toplanışı onların xeyirinə olacaq.
 
– Yəqin ki, Braziliyada keçirilən 20-ci Dünya Çempionatını siz də maraqla izləyirsiz. Ümumiyyətlə, hakimlərin idarəçiliyini necə dəyərləndirirsiz?
– Nə pis, nə də yaxşı. Normaldı. Təbii ki, hakimlərin müəyyən səhvləri var. O səhvlər də olmalıdı. Bir gündə bir neçə oyuna baxırıq. Düzdü, yekun nəticələrə təsir edən səhvlər də olub. Ancaq ümumilikdə hakimlərin fəaliyyəti normaldı. Bu günlərdə FİFA Hakimlər Komitəsinin sədri də çıxışında ədalət təmsilçilərindən razı olduğunu bildirdi. Səhvsiz hakim yoxdu.
 
– MDB ölkələri ilə yanaşı, Türkiyədən Cuneyt Çakır da DÇ-də öz ölkələrini təmsil edirlər. Necə düşünürsüz, növbəti Avropa Çempionatda və DÇ-nın final mərhələsində azərbaycanlı hakimləri görə biləcəyik?
– Bizim 2008-2009-cu ildən qarşımıza qoyduğumuz hədəf budu. Çakır elita hakimlərinin sırasında 2012-ci ildə görünməyə başladı. O, 2005-ci ildən FİFA referisidi. Yəni, bu yolu 7 ilə keçib. Bizim hakimlərdən Əliyar Ağayevlə Rəhim Həsənov cəmi 1 ildi ki, FİFA referisidi. Bir ilə Əlyar Ağayev UEFA-nın ikinci kateqoriyasına qədər yüksəlib. 5 ilə bizim hakimlərimizdən kimsə həmin yerlərdə olacaq. Biz bunun üzərində çalışırıq.
 
– Ancaq Əliyar Ağayevə qədər Anar Salmanov da FİFA referisi olub…
– O, cəmi 3 ildi ki, FİFA referisidi. Salmanov da 2-ci kateqoriyadadı. Onun da şansı var. Demək istəyirəm ki, 2008-ci ildən bu işə sıfırdan başladıq. 2008-ci ilə qədər harada idilər? Həmin ilə qədər hakimlər hara çıxıblar? Bizdən qabaq nə işlə məşğul olublar? Bizə Ravşan İmratovu misal çəkirlər. Ravşan bir neçə qabaqcıl hakim var ki, onlardan çox geri qalır. O, sadəcə, Asiya konfederasiyasını təmsil etdiyinə görə irəli çəkilib. Avropada bir neçə hakim var ki, mundialın final mərhələsində oyunları idarə etməyə layiqdi. Sadəcə, UEFA-ya cəmi 9 yer verilir və onlar da mundialda ən yaxşı hakimlərdi. Asiyadan 5 yer verildiyi üçün, oradan DÇ-yə düşmək asandı. Mən belə hesab edirəm ki, hakimlər ustalıq səviyyəsinə görə DÇ-yə seçilməlidi. Bəli, İmratov yaxşı hakimdi, amma yüksək səviyyəli deyil. 4-5 oyun idarə edib və hər bir oyunda kifayət qədər də səhvləri var. Biz Avropanı təmsil etdiyimiz üçün ora düşmək çətindi. Bir sıra tanınmış hakimlər də mundiala çağırılmayıb. Bundan əvvəl hansı hakimimiz ÇL-də oyun idarə etmişdi? İyulun 23-də Əlyar Ağayev ÇL-də oyun idarə edəcək. Hakimlərimizə tədricən şans verilir.
 
– Azəraycanlı hakimlərinin avrokuboklardakı təyinatı yalnız təsnifat mərhələsində olacaq, yoxsa qruplara da təyinat alacaqlar?
– Bu, onların özlərindən asılıdı. Onlar hər təyinat aldığı oyunu nə qədər yüksək səviyyədə idarə etsə, növbəti oyunlara da təyinat almaq şansları bir o qədər artacaq.
 
– Bu gün DÇ-də Braziliya və Almaniya millisi yarımfinalda üz-üzə gələcək. Sizcə, hazırkı durumda ən perspektivli hakimimiz hesab olunan Əliyar bu komandaların qarşılaşmasını idarə edə bilər?
– Nəinki Əlyar, digər FİFA referisi olan hakimlərimiz də həmin oyunun öhdəsindən yaxşı gələr.
 
– DÇ-də favoritiniz kimdi?
– DÇ-də favoritim hakimlərdi.
 
– Bəs komandalardan?
– Mən yaxşı futbola azarkeşlik edirəm. Kim güclüdüsə, o da qalib gəlsin.
 
– Bəs hakimlər güclü olsa?
– Hakimlər güclü olsa, ikiqat sevinərəm.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:09

“Zirə” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm