Ölkə futbolu
Löv: "Braziliya gözləmədiyi şok yaşadı"
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Braziliya &…
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Braziliya üzərindəki böyükhesablı (7:1) qalibiyyətlə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis çox asan qələbə qazandıqlarını deyib:
"Hirsli və emosional olsaq da, sakit və cəsarətli oynamaq bizim üçün çox önəmli idi. Braziliya gözləmədiyi şok yaşadı. Oyun bizim üçün çox asan keçdi. Miroslav Kloze rekord qırdı. Komanda olaraq möhtəşəm çıxış nümayiş etdirdik. Hamı üzərinə düşəni layiqincə yerinə yetirdi. Amma artıq bu matç arxada qaldı. Bir az təvazökar olmalıyıq. Növbəti məqsədimizə köklənməliyik".