Ölkə futbolu
Baş katib AFİ rəsmisi ilə görüş keçirdi
AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya Futbol İttifaqının …
AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya Futbol İttifaqının beynəlxalq münasibətlər departamentinin rəhbəri Markus Vaydnerlə görüşüb. Futbolinfo.az xəbər verir ki, görüş zamanı AFFA və Almaniya Futbol İttifaqı arasında əməkdaşlıq çərçivəsində görülən işlər müzakirə edilib və gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iki futbol qurumu arasında əməkdaşlığın təməli 2008-ci ildə qoyulub və bu müddət ərzində xeyli layihə həyata keçirilib.