Dünya futbolu
“Sneyderi istəyən 20 milyon gətirsin”
Türkiyənin “Qalatasaray" klubunun prezidenti Üna…
Türkiyənin “Qalatasaray" klubunun prezidenti Ünal Aysal komandanın aparıcı futbolçusu Uesli Sneyder haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, o, hollandiyalı futbolçunun 20 milyon avro qarşılığında sata biləcəklərini deyib:
"Biz onu komandada saxlamaq istəyirik. Ancaq Sneyderin müqaviləsində 20 milyon avro qarşılığında azad agent statusu alacağına dair maddə var. Hər hansı bir komanda bu məbləği ödəyərsə və futbolçu da getmək istəyərsə, o zaman istəsək belə, Sneyderi komandada saxlaya bilmərik. Hüquqi tərəfdən bunu etməyimiz mümkün deyil”.
Qeyd edək ki, Sneyderin adı yeni mövsümdən Lui van Qalın çalışdıracağı "Mançester Yunayted" klubu ilə hallanır.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq