Ölkə futbolu
Dorinel Muntyanu: "Rəqibə nisbətən şansımız azdı"
“Qəbələ” klubunun baş məşqçisi Dorinel Muntya…
“Qəbələ” klubunun baş məşqçisi Dorinel Muntyanu Bosniya və Herseqovina “Şiroki Briyeq”i ilə cavab oyunu öncəsi mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu ilə bağlı bu sözləri deyib:
"Birinci oyundakı məğlubiyyətdən (0:2) sonra burada şansımızın az olduğunu bilirik, Onu da qeyd edim ki, hər iki qol öz səhvlərimiz ucbatından vuruldu. Buna baxmayaraq, sabah biz daha aqressiv və hücumameyilli oyun nümayiş etdirəcəyik, sona qədər mübarizə aparmağa çalışacağıq. Əlimizdən gələni edib, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq".