Dünya futbolu
Manjukiç Madrid klubu ilə anlaşdı
"Bavariya"nın forvardı Mario Manjukiç karyerasını…
"Bavariya"nın forvardı Mario Manjukiç karyerasını İspaniya La Liqasında davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, "Bild" nəşri xəbər yayıb.
"Atletiko" və "Bavariya" rəsmiləri arasında artıq razılıq əldə olunub. Xorvat futbolçunun yeni klubuyla müqaviləsi 2019-cu ilə kimi nəzərdə tutulacaq. Transferin "qırmızı-ağlar"a 22 milyon avroya başa gəldiyi təxmin edilir.
Bu barədə alman klubunun idman direktoru Mattias Sammer də açıqlama verib: "Atletiko" ilə anlaşdıq. Futbolçunun özü də klubla razılığa gəlib, ancaq hələ imzalar atılmayıb. Ən yaxın zamanda rəsmi açıqlama verəcəyik. Mancukiçə təşəkkür edir və gələcək karyerasında uğurlar arzu edirik".
Xatırladaq ki, Mancukiç "Bavariya"dan Pep Qvardiolanın sisteminin ona uyğun olmadığı səbəbilə ayrıldığını açıqlamışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza