Ölkə futbolu
Abdulaye: "Sxadadze xırda çatışmazlıqları aradan qaldıra biləcək"
Bu yay Bakı "İnter"i ilə yollarını ayıran fransalı fu…
Bu yay Bakı "İnter"i ilə yollarını ayıran fransalı futbolçu Brüs Abdulaye sabiq komandasının Avropa Liqasındakı şanslarını dəyərləndirib. Futboinfo.az saytına danışan 32 yaşlı müdafiəçi "bankirlər"in Moldova "Tiraspol"u ilə oyunda növbəti mərhələyə adlaya biləcəyini deyib:
"Tiraspol"la ilk oyun "İnter"in qələbəsi (2:3) ilə başa çatdı. Əminəm ki, "İnter" evdə də qalib gələcək. Çünki baş məşqçi Kaxaber Sxadadzeni və futbolçuları yaxşı tanıyıram. Bilirəm ki, ilk oyundan sonra onlar rəqibi daha yaxşı analiz edib, komandadakı çatışmazlıqları aradan qaldıracaqlar Düzdü, "İnter" ilk matçda 3:0 hesabı ilə öndə olarkən, qapısında 2 top buraxdı. Amma mən bunu elə də böyük problem hesab etmirəm. Əminəm ki, baş məşqçi xırda çatışmazlıqları aradan qaldıra biləcək".
Qeyd edək ki, Avorpa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq "İnter" – "Tiraspol" matçı sabah saat 21:00-da "Şəfa" stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib