Ölkə futbolu
UEFA səhvini düzəltdi: "Qarabağ"la "Valetta" 21:30-da üz-üzə gələcək
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi &cced…
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta"sı arasındakı cavab matçının başlama saatının dəyişdirildiyinə dair xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yaymışdı.
UEFA-nın rəsmi saytında oyunun öncə Bakı vaxtı ilə saat 21:30-da start götürəcəyi açıqlansa da, bu gün 18:30-da baş tutacağı bildirilmişdi. Ancaq Ağdam klubunun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, iyulun 22-də başa tutacaq qarşılaşma əvvəlki vaxtda, yəni, saat 21:30-da start götürəcək. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sözlərinə görə, UEFA matçın saat 21:30-da keçiriməsi ilə bağlı öncədən razılıq verib. Bu razılığı bildirən sənəd də var. Matçın vaxtının dəyişdirilməsi ilə bağlı məlumat yayıldıqdan sonra "Qarabağ" rəsmiləri UEFA ilə əlaqə saxlayıb. Qitə futbol qurumundan da bunun texniki səhv olduğunu bildiriblər. Yəni matç əvvəldən açıqlandığı kimi, 21:30-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk matç iyulun 15-də keçirəcək və eyni saatda start götürəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza