Ölkə futbolu
Almaniya rekorda doymur
Almaniya millisi dünya çempionatlarının final mərhələ…
Almaniya millisi dünya çempionatlarının final mərhələsində daha bir rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, bundestim mundiallarda vurulan qolların sayına görə birinci yerə çıxıb.
Braziliya üzərində 7:1 hesablı qələbədən sonra Almaniya millisinin vurduğu qolların sayı 223-ə çatıb. Onlar bu göstəriciyə görə aktivində 221 qol olan Braziliya yığmasını keçiblər. Üçüncü yerdə 131 qolla Argentina gəlir.
Yeri gəlmişkən, Tomas Müllerin Braziliya millisinin qapısına vurduğu qol isə Almaniya yığmasının tarixinə 2000-ci qol kimi düşüb. Almanların ilk qolunun müəllifi Frits Bekkedi (1908).