Dünya futbolu
Benzema Di Stefafonoya görə nömrəsindən olur
Madrid “Real”ı ötən günlərdə vəfat edən ə…
Madrid “Real”ı ötən günlərdə vəfat edən əfsanəvi futbolçusu Alfredo Di Stefanonun xatirəsini əbədiləşdirə bilər. Futbolinfo.az xəbər verir ki, İspaniyanın məşhur "Marca" qəzeti bunun üçün kluba müraciət edib.
Qəzet "Real" rəhbərliyindən xahiş edib ki, klubun əfsanəvi futbolçusu Di Stefanonun vaxtı ilə geyindiyi 9 nömrəli forma əbədiləşdirilsin: "O, əsl futbol əfsanəsi idi. Onun 9 nömrəsi əbədiləşdirilməlidi. Müstəsna futbolçuya müstəsna da hörmət etmək lazımdı. "Ayaks"da Yohan Kroyffun 14 nömrəsi, "Napoli"də isə Maradonanın 10 nömrəsi əbədiləşdirilib. "İnter"də 4 nömrə yalnız Zanettiyə məxsusdu. Bu futbolçulardan heç biri Di Stefanonun "Real" üçün etdiyini edə bilməyib".
Qeyd edək ki, bu, reallaşsa “Real”da hazırda 9 nömrəni geyən Kərim Benzema başqa bir rəqəm seçməli olacaq.
Di Stefano “Real”da (1953–64) çıxış etdiyi 282 oyunda 216 qol vurub. 2 dəfə "Qızıl top"u qazanıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…