Ölkə futbolu
Hafiz Məmmədov danışdı və təkzib etdi
"Bakı" klubunun prezidenti Hafiz Məmmədov onun barəsind?…
"Bakı" klubunun prezidenti Hafiz Məmmədov onun barəsində gəzən söz-söhbətlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, iş adamı yeni aldığı İngiltərənin "Şeffild Uensdey" klubunun rəsmi saytı ilə bəyanat yayıb.
Məmmədov bu şayiələri yayanların cəzalandırılacaqlarını bildirib:
"Azərbaycanda bəzi media nümayəndələri tərəfindən həbs olunmağım barəsində xəbərlər yayılıb. Bu xəbər Dövlət Sərhəd Qüvvələri tərəfindən rədd edilib. Bu tip əsassız xəbərlər mənim holdinq və öhdəliklərim üzərində şübhə yaratmaqdan başqa məqsədə xidmət etmir. Mətbuatda yayılan bu xəbərlər mənə və ailəmə zərər verir. Bu şaiyələri yayan şəxslər üçün tezliklə bütün lazımi hüquqi tədbirlər görüləcək".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın