Milli komanda
Millimizdən növbəti qələbə
İspaniyanın San-Sebastyan şəhərində keçirilən "Dono…
İspaniyanın San-Sebastyan şəhərində keçirilən "Donosti Cup" turnirində çıxış edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, "Marino CD" komandası ilə qarşılaşan yığmamız Melis Sarıaltının vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, futbolçularımız bu turnirdə keçirdiyi əvvəlki oyunları da qələbə ilə başa vurub. "Atletico Vilafranca" komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız "Amara Berri K.E" komandasını 4:0 hesabı ilə məğlub edib. (AFFA)