Ölkə futbolu
Juninyo: "Ümid edirəm ki, qardaşım "İnter"lə oyunda…"
Bu yay "Bakı" klubu ilə yollarını ayıran Junior Vilson …
Bu yay "Bakı" klubu ilə yollarını ayıran Junior Vilson Moldovanın "Tiraspol" klubunda çıxış edən qardaşı Ademarla bağlı açıqlama verib. Futbolinfo.az saytına danışan braziliyalı yarımmüdafiəçi qardaşının bu gün "İnter"lə keçirəcəyi Avroliqa matçını dəyərləndirib:
"Düşünürəm ki, baxımlı və bol qollu oyun olacaq. İlk oyunda "Tiraspol" qapısında çox erkən qol gördü. Bu hadisə onlara problem yaratdı. İlk oyunda uduzduqlarına (2:3) görə bu matç "Tiraspol" üçün çox çətin olacaq. "İnter"i yaxşı tanıyıram. Güclü komandadı və yaxşı baş məşqçisi var. Amma bu, futboldu, hər şey ola bilər".
O, Ademarla bağlı da fikirlərini açıqlayıb: "Qardaşım olduğu üçün demirəm, amma Ademar yaxşı futbolçudu. Daim öz üzərində çalışır. Ümid edirəm ki, qardaşım bu matçda da layiqli mübarizə aparacaq".
Qeyd edək ki, Avorpa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq "İnter" – "Tiraspol" matçı bu gün saat 21:00-da "Şəfa" stadionunda keçiriləcək.