Ölkə futbolu
Əmircanov "Qəbələ"yə kömək edə biləcək
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçi…
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə ilk oyunu zədə səbəbindən buraxan "Qəbələ"nin yeni transferi Ruslan Əmircanov cavab matçında komandasına kömək edə biləcək. Bu barədə futbolinfo.az saytına təcrübəli müdafiəçinin özü məlumat verib.
O, qeyd edib ki, matçın start heyətində yer almasa da, ikinci hissədə meydana çıxa biləcək.
Qeyd edək ki, "Şiroki Briyeq" – "Qəbələ" matçı bu gün Bakı vaxtı ilə 23:30-da start götürəcək.