Ölkə futbolu
Ronaldinyo almanlara inanır
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ölkəsini…
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ölkəsinin yığmasının DÇ-2014-ün yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzmasına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu "tvitter" sosial şəbəkəsində almanların dünyanı təəccübləndirməyə davam edəcəklərini yazıb:
"Braziliya almanlara böyük hesabla məğlub olduğu üçün çox məyusam. Həqiqətən acı məğlubiyyətdi. Lakin artıq Hollandiya ilə üçüncü yer uğrunda oyun üçün toparlanmalıyıq. Bu da çox çətin görüş olacaq. Almanlara gəlincə, onlar dayanmayacaqlar. Dünyanı təəccübləndirməyə davam edəcəklər".