Ölkə futbolu
Sxadadze: "Tiraspol"u keçməsəydik, bir gün də burada qalmazdım"
Bakı "İnter"inin baş məşqçisi Kaxaber Sxadadze A…
Bakı "İnter"inin baş məşqçisi Kaxaber Sxadadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, komandasının 3:1 hesablı qələbəsini belə şərh edib:
"Hər kəs elə bilirdi ki, "Tiraspol"u rahat keçəcəyik. Ancaq görürsüz ki, futbolda hər şey olur. Oyun çətin keçdiyi üçün əvəzetmələrə ehtiyac duyduq. Matçın ilk və son 10 dəqiqəsindəki səhvləri "Elfsborq"la oyunda buraxsaq, heç nəyə nail ola bilmərik. "Elfsborq" güclü komandadı. Rəqibi ciddi dəyərləndirib, oyuna məsuliyyətlə hazırlaşmalıyıq. "Tiraspol" keçməsəydik, bir gün də burada qalmazdım".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.