Ölkə futbolu
"Tiraspol"un qapıçısı: "Penalti var idi, amma epizod qırmızı vərəqəlik deyildi"
Moldovanın "Tiraspol" klubunun qapıçısı Georgi Ge…
Moldovanın "Tiraspol" klubunun qapıçısı Georgi Georgiyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Nə deyə bilərəm ki? Səhv etdim və penalti oldu, məğlub olduq. Düzdü, o epizodda penalti var idi. Amma deməzdim ki, epizod qırmızı vərəqəlik idi. Oyunçu kənarda idi və mən sadəcə, topa oynadım. Daha heç nəyi geri qaytarmaq olmaz. Olan oldu. Sadəcə, komanda yoldaşlarımın əməyinə heyfim gəlir".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib