Dünya futbolu
Avroliqada 1-ci təsnifat mərhələsinin qalibləri bəlli oldu
Ötən gecə UEFA Avropa Liqasında birinci təsnifat mərhələsi…
Ötən gecə UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirildi. Futbolinfo.az xəbər verir ki, birinci təsnifat mərhələsində 33 ölkədən olan 78 komanda rəqibləri ilə münasibətlərinə aydınlıq gətirdi.
Onların arasında Azərbaycan təmsilçiləri də vardı. Belə ki, "İnter" Moldova "Tiraspol"unu qonaq etdi. Səfərdə 3:2 hesabıyla üstün olan təmsilçimiz doğma meydanda da qələbə qazandı – 3:1. "Qəbələ" isə avrokuboklardakı debüt mövsümündə uğur qazana bilmədi. Doğma meydanda "Şiroki Briyeq"ə (Bosniya və Herseqovina) 2 cavabsız qolla uduzan təmsilçimiz səfərdə də darmadağına üzüldü – 0:3.
Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq "Neftçi"nin potensial rəqiblərinin bu dəfəki görüşündə 4 qol vuruldu. Sloveniya "Koper"i Monteneqronun "Çelik" klubunu yenə darmadağın edərək, Azərbaycan Kubokunun qalibinə rəqib olacağına şübhə yeri qoymadı.
Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunlarındakı bütün nəticələri təqdim edirik:
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
8 iyul
Linfild (Şimali İrlandiya) – Torşavn (Farer adaları) – 1:1 (ilk oyun 2:1)
10 iyul
Şaxtyor (Qazaxıstan) – Şirak (Ermənistan) – 4:0 (2:1)
Astana (Qazaxıstan) – Pünik (Ermənistan) – 2:0 (4:1)
Mika (Ermənistan) – Split (Xorvatiya) – 1:1 (0:2)
Dauqava (Dauqavpils, Latviya) – Vikinqur (Farer adaları) 1:1 (1:2)
Laçi (Albaniya) – Rudar (Sloveniya) 1:1 (penaltilərlə 3:2) (1:1)
Buduçnost (Çernoqoriya) – Folqore (San Marino) – 3:0 (2:1)
Ekranas (Litva) – Kruzeyders (Şimali İrlandiya) – 1:2 (1:3)
Lovçen (Çernoqoriya) – Jelezniçar (Bosniya) – 0:1 (0:0)
Honka (Finlandiya) – Sillamae Kalev (Estoniya) 3:2 (1:2)
Çixura (Gürcüstan) – Turnovo (Makedoniya) – 3:1 (1:0)
Hauqesun (Norveç) – Eyrbus (Uels) – 2:1 (1:1)
Yelqava (Latviya) – Rusenborq (Norveç) – 0:2 (0:4)
İnter (Azərbaycan) – Tiraspol (Moldova) – 3:1 (3:2)
Atlantas (Litva) – Differdanj (Lüksemburq) – 3:1 (0:1)
Nomme Kalyu (Estoniya) – Fram (İslandiya) – 2:2 (1:0)
Sent-Culiya (Andorra) – Çukariçki (Serbiya) 0:0 (0:4)
Dauqava (Riqa, Latviya) – Aberdin (Şotlandiya) 0:3 (0:5)
Brommapoykarna (İsveç) – VPS (Finlandiya) – 2:0 (1:2)
Flamurtari (Albaniya) – Sioni (Gürcüstan) – 1:2 (3:2)
Fola (Lüksemburq) – Göteborq (İsveç) – 0:2 (0:0)
Tromse (Norveç) – Santos Tartu (Estoniya) – 6:1 (7:0)
Zimbru (Moldova) – Şkendiya (Makedoniya) – 2:0 (1:2)
Birkirkara (Malta) – Dyosqyor (Macarıstan) – 1:4 (1:2)
Kukesi (Albaniya) – Kayrat (Qazaxıstan) – 0:0 (0:1)
Spartak (Slovakiya) – Hibernians (Malta) – 5:0 (4:2)
Aberistuit Taun (Uels) – Derri Siti (İrlandiya) – 0:5 (0:4)
Banqor Siti (Uels) – Styarnan (İslandiya) – 0:4 (0:4)
Kollec Avropa (Cəbəllütariq) – Vaduts (Lixtenşteyn) – 0:1 (0:3)
Fuqlarfyordur (Farer adaları) – MÜPA (Finlandiya) – 0:0 (0:1)
Slayqo Rovers (İrlandiya) – Banqa (Litva) – 4:0 (0:0)
Ferençvaroş (Macarıstan) – Slima Uonderers (Malta) – 2:1 (1:1)
Koper (Sloveniya) – Çelik (Çernoqoriya) – 4:0 (5:0)
Libertas (San Marino) – Botev (Bolqarıstan) – 0:2 (0:4)
Şiroki Briyeq (Bosniya) – Qəbələ (Azərbaycan) – 3:0 (2:0)
Dandalk (İrlandiya) – Jeness (Lüksemburq) – 3:1 (2:0)
Metallurq (Makedoniya) – UE Santa Koloma (Andorra) – 2:0 (3:0)
Qlenavon (Şimali İrlandiya) – Hafnarfyordur (İslandiya) – 2:3 (3:0)