Ölkə futbolu
Hauşi: "İlk qırmızı vərəqə ağır oldu, ikinci isə haqlı idi"
Moldovanın "Tiraspol" klubunun futbolçusu Boqdan Hau…
Moldovanın "Tiraspol" klubunun futbolçusu Boqdan Hauşi Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Hesab edirəm ki, birinci penalti epizodundakı qırmızı vərəqə çox ağır oldu. Məncə, həmin epizodda sarı vərəqə olmalı idi. Amma ikinci epizoddakı qırmızı vərəqə ilə razılaşıram. Əslində oyuna yaxşı başladıq. 1 qol vurduq. İkincisini də vurub, növbəti mərhələyə keçə bilərdik. Amma bəxtimiz gətirmədi və buna görə də çox təəssüflənirəm".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”