Bizi izləyin

Ölkə futbolu

Bir milyon manatın “arasından” "Qəbələ"yə vurulan qol

Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Qəbəl?…

blank
Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Qəbələ"ni buna peşman etdilər. Əslində, başlanğıcda hər şey gözəl idi. Belə ki, püşkün Bosniya və Hersoqovina təmsilçisi olan "Şiroki Briyeq"i Dorinel Muntyanunun başçılıq etdiyi komandaya rəqib etməsi klub rəsmilərinin üzünü güldürmüşdü. Onlar qəsəbə komandasını keçmək üçün heç bir problem olmadığını düşünürdü.
 
Ancaq "Şiroki Briyeq"lə ilk matça qədər əyalət təmsilçisində yetərincə problemlər var idi. Mövsüm başa çatandan sonra xeyli aparıcı futbolçunun komandanı tərk etməsi və Yuri Syominin gedişindən sonra boş qalan məşqçi postuna yeni çalışdırıcının təyinatının yubanması acı sonluğun xəbərçisi idi. Klub rəhbərliyi də nədənsə çox ləng tərpəndi, İvaylo Petevin arxasınca sürünə-sürünə vaxtın getdiyini nəzərə almadılar, Muntyanu gələndən sonra isə sanballı transfer üçün vaxt qalmadı. Belədə komanda avrokubok matçlarına ciddi hazırlaşmadan və olduqca zəif heyətlə yollandı. Bu, uğursuzluq üçün bəhanə olmamalıdı. Reallıqdı, amma belə şəraiti də məhz rəhbərlik özü yaratdığından uğursuzluğa görə məsuliyyət yükü də onların boynuna düşür. “Şiroki Briyeq”ə yenilgilər məşqçinin və ya futbolçu heyətinin deyil, birbaşa rəhbərliyin məsuliyyətsizliyinin, astagəlliyinin nəticəsidi.
 
İlk matçda Bosniya təmsilçisinin Qəbələdə 2:0-lıq qələbəsi artıq cütün taleyini həll olunduğundan xəbər verirdi. Düzdü, cavab qarşılaşmasında möcüzə olacağına, heç olmasa, "Qəbələ"nin məğlub olmayacağına ümid edənlər var idi. Ancaq yağışlı havada  baş tutan qarşılaşmada "Şiroki Briyeq" təmsilçimizi yağışdan çıxarıb, yağmura saldı. Qol yağmuruna…
 
Klublar püşk zamanı bir-birinə rəqib olanda "Şiroki Briyeq"in "Qəbələ" kimi bəxtəvər olmadığını diqqətinizə çatdırmışdıq. Ötən mövsüm "Qəbələ"nin heyətində Marat İzmayılov, Daniel Subotiç, İbrahim Niasse, Lorenzo Ebesiliyo kimi oyunçular çıxış edirdisə, "Şiroki Briyeq"də yarandığı gündən yalnız katoliklər oynayıb. "Qırmızı-qaralar" əyalət təmsilçisi olsa da, futbolçulara  komfortlu həyat tərzi vəd etdiyi üçün keyfiyyətli və bahalı oyunçuları komandaya cəlb edə bilirdi. Bizim təmsilçimizdən fərqli olaraq Bosniya klubu kiçik qəsəbə komandası olduğu üçün hər ürəkləri istədiyi topqovanı rənglərinə bağlaya bilmir. Bundan başqa, maddi imkanlar arasında da ciddi fərq var.
 
Ancaq kiçik bir qəsəbə komandası bizə, "Qəbələ" futbolçularına puldan öncə meydanda can qoymağın vacibliyini sübut etdi. Özü də "Qəbələ"ni mübarizədən kənarlaşdıran komandanın futbolçuları "qırmızı-qaralı" oyunçular kimi yüksək əməkhaqqı almır. "Qəbələ"də ən zəif təsir bağışlayan futbolçu ayına 10 min dollar qazanırsa, "Şiroki Briyeq"in ən güclüsü ondan 3 dəfə az məvacib alır. "Qəbələ"yə Tale Heydərov kimi iş adamı sponsorluq edirsə, "Şiroki Briyeq"ə isə dünyanın dörd bir tərəfinə, xüsusən də Avstraliya və Avstriyaya yayılmış olan həmyerliləri maddi dəstək verir.
 
Səfərdə "Qəbələ"nin qapısına Qoran Zakariç tərəfindən vurulan qol isə fantastik alınıb. 21 yaşlı futbolçu Ruslan Tağızadəni, Vladimir Levini, Adrian Ropotanı, sonda isə Ruslan Abışovu barmağına sarıyaraq ölkənin bir nömrəli əlcək sahibi olan Kamran Ağayevin qoruduğu qapıya yol tapıb. Düzdü, Kamranın vurulan qolda elə də kobud səhvi yoxdu. Ancaq müdafiə xəttində çıxış edən, “31 mart müstəqillik günüdür” deyən Tağızadənin, qocalmaq bilməyən Levinin, Dorinel Muntyanunun öz maddi marağını güddüyü üçün komandaya cəlb etdiyi Ropotanın və vaxtı ilə Rusiyada "Rubin"in ehtiyat oyunçular skamyasını isitməklə məğul olan Abışovun aldığı illik maaşı hesablasaq, 1 milyon manatdan çoxdu. Maksimum 4-5 min dollar qazanan 21 yaşlı Qoran Zakariçin də 4 futbolçunun başını gicəlləndirərək qol vurmasını nəzərə alsaq, deməli, bosniyalı futbolçu 1 milyon manatın arasından "Qəbələ"nin qapısına yol tapıb.
 
Ümumiyyətlə, bu oyunda təmsilçimizin müdafiəsi bərbad vəziyyətdə idi. Çox güman ki, vurulan qollarda kobud səhvləri olan və ayağına top düşən kimi qıçları əsən Ruslan Tağızadəni komandada futbolçu çatışmazlığına görə saxlayıblar. Bosniyalılara "gəl, qapımıza qol vurmağın ləzzətini yaşa" deyən "Qəbələ"nin işəyaramaz müdafiə xəttinə görə klub rəhbərliyi yuxudan ayılmalıdı. Xərclənən pulların qarşılığında kiçik qəsəbə komandasına qapazaltı olmaq klub rəhbərliyinə siqnal olmalıdı.
 
Klub rəhbərliyi rumıniyalı baş məşqçiyə də nəzarəti gücləndirməlidi. Çünki bizdə olan məlumata görə, Dorinel pul qazanmayacağı transferin reallaşmasına imkan vermir. Onun komandaya gələn kimi iki həmyerlisini də heyətə cəlb etməsi heç də təsadüfi deyil. İki oyun göstərdi ki, onlar yerlilərdən heç nə ilə fərqlənmir. Halbuki “Qəbələ”yə sıradan əcnəbilər deyil, Subotiçi, İzmayılovu, Niasseni unutduracaq legionerlər lazımdı.
 
Ümumiyyətlə bu rumınlarda yad olan xarakter deyil. Xatırladaq ki, vaxtı ilə rumıniyalı Mirça Rednik də "Xəzər Lənkəran"da eyni transfer siyasətini yürüdürdü. İndi "Qəbələ" rəhbərliyi mütləq düşünməlidir. Sözsüz ki, komandaya yüksək əməkhaqqı qarşılığında cəlb olunan futbolçular qazandıqları pulun qarşılığını verməlidi. Muntyanu isə gətirdiyi oyunçulara görə cavab verməlidi. Onun bundan sonra transfer edəcəkləri də indiyədək transfer etdiklərinin tayı olacaqsa, “Qəbələ”dən yeni mövsümdə ciddi bir şey gözləməyə dəyməz.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm