Ölkə futbolu
"Qəbələ" Hollandiyaya gedir
"Qəbələ" Avropa Liqasındakı uğursuz çıxışın…
"Qəbələ" Avropa Liqasındakı uğursuz çıxışının ardından artıq yeni mövsümü düşünməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, bölgə klubu Topaz Premyer Liqasının yeni mövsümünə daha yaxşı hazırlaşmaq üçün daha bir toplanış keçirməyi düşünür.
Belə ki, klub rəhbərliyi komandanı xaricə təlim-məşq toplanışına göndərir. Bölgə təmsilçisi iyulun 14-də Hollandiyaya yollanacaq. Ayın 27-nə qədər burada qalacaq "Qəbələ" bu ərəfədə 4 yoxlama matçı keçirəcək. Rəqiblər hələ müəyyənləşməyib.