Ölkə futbolu
"Qarabağ"ın Avstriyada son günü (FOTOREPORTAJ)
"Qarabağ"ın Avstriyada keçdiyi təlim-məşq toplan…
"Qarabağ"ın Avstriyada keçdiyi təlim-məşq toplanışını sona yaxınlaşır. Futbolinfo.az xəbər verir ki, iyunun 21-dən Kössen qəsəbəsində hazırlıq keçən komanda ötən gün adı qeyd olunan ölkədə sonuncu gününü keçirib.
Bu gün səhər məşqindən sonra isə komandamız Avstriyanı tərk edəcək. "Qarabağ" yerli vaxtla 16:00-da (Bakı vaxtıyla 19:00) Zalsburq – Valletta reysiylə yola çıxacaq. Bu gün komandamızın Maltada məşqi nəzərdə tutulmayıb.
"Qarabağ" oyunqabağı son məşqinə "Ta`qali" stadionunda bazar ertəsi oyunun keçiriləcəyi vaxtda, 18:30-da (Bakı vaxtıyla 21:30) çıxacaq.
Qeyd edək ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə "Valletta" – "Qarabağ" oyunu iyulun 15-də saat 21:30-da start götürəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”