Ölkə futbolu
Ayazla Kamal "Girəsunpor"a keçidindən danışdı
Xəbər verdiyimiz kimi, Türkiyənin "Girəsunspor" klu…
Xəbər verdiyimiz kimi, Türkiyənin "Girəsunspor" klubu iki Azərbaycanlı futbolçu – qapıçı Kamal Bayramov və yarımmüdafiəçi Ayaz Mehdiyevlə müqavilə imzaladı. Futbolinfo.az xəbər verir ki, son mövsümdə "Rəvan"da çıxış edən 28 qolkiperlə 21 yaşlı orta sahə oyunçusu artıq ictimaiyyətə də təqdim olunub.
Klub saytının yaydığı məlumata görə, ötən gün öz menecerləriylə "Girəsunspor"un bazasına gələn futbolçular klub prezidenti Mustafa Temel Bozbağ və Transfer Komitəsi Üzvləri ilə görüşüb. Onlar bu görüşdə transfer təklifinə müsbət cavab veriblər və rəsmi müqaviləyə imza atıblar.
Başkan Bozbağ yeni transferlərlə bağlı bunları söyləyib: "Hər iki qardaşımızın uğurlu olacağına inanırıq. Camiəmizə xeyirli-uğurlu olsun".
Girəsunu çox bəyəndiyini dilə gətirən Kamal "uğurlu çıxış edəcəyimə inanıram" deyib.
Sağ cinah oyunçusu Ayaz da ilk təəssüratlarını bölüşüb: "Yeni klubumun möhtəşəm bir tərəfdara sahib olduğunu bilirəm. Buraya forma geyinmək üçün gəlmişəm. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam".