Ölkə futbolu
Kaxaber Sxadadze Elvin Məmmədovu əvəzedici heyətə göndərdi
Ölkəmizi Avropa Liqasında təmsil edən edən "İnter"…
Ölkəmizi Avropa Liqasında təmsil edən edən "İnter" iyulun 17-də ikinci təsnifat mərhələsinin ilk matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in bu mərhələdəki rəqibi İsveçin "Elfsborq" klubudu.
Bakıılılar artıq sabah İsveçə yola düşəcək. Komandanın baş məşqçisi Kaxaber Sxadadze 3 gün sonra baş tutacaq qarşılaşmada yarımmüdafiəçi Elvin Məmmədovun xidmətindən yararlana bilməyəcək. Bu barədə saytımıza futbolçunun özü məlumat verib. Təcrübəli oyunçunun sözlərinə görə, zədəsinin sağalma müddəti bir həftəyə qədər davam edəcək. Buna görə o, heç İsveçə aparılmayacaq. Elvinin "Elfsborq"la Bakıda baş tutacaq cavab matçında da iştirak etməsi sual altındadı. Futbolçu zədəsini tez bir zamanda sağaltmaq üçün Bakıda hazırlıq keçən əvəzedici komanda ilə məşq edəcək.
Qeyd edək ki, iyulun 17-də "Boras Arena"da baş tutacaq "Elfsborq" – "İnter" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”