Ölkə futbolu
"Valletta"nın baş məşqçisi: "Qarabağ" çətin rəqibdi"
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çə…
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində son Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq “Valletta” klubunun baş məşqçisi Gilbert Acius rəqiblə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan 40 yaşlı mütəxəsiss Ağdam klubunun çətin rəqib olduğunu deyib:
“Qarabağ çətin rəqibdi. Azərbaycan futbolunu izləyirəm ki, oradakı klublarla bağlı daha geniş məlumatım olsun. Çünki bu mənim vəzifə borcumdur. Onlarla bağlı deyə bilərəm ki, Azərbaycanda futbol sürətlə inkişaf edir. Çünki orada ancaq futbola yox, ümumiyyətlə, idmana böyük investisya qoyulur”.
Malta klubunun çalışdırıcısı cavab oyunu üçün ölkəmizə səfərin yorucu olacağını bildirib:
“Mən burada səyahət amilini də qeyd etmək istəyərdim. Cavab oyunu üçün bizi Azərbaycana çox uzun səyahət gözləyir. Amma bu, futboldu”.
Qeyd edək ki, "Valletta" – "Qarabağ" oyunu iyulun 15-də keçiriləcək və Bakı vaxtıyla 21:30-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”