Ölkə futbolu
"Neftçi" üçün belarus, "İnter" üçün italiyalı
Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter"lə &q…
Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter"lə "Neftçi"nin bu turnirin ikinci təsnifat mərhələsindəki ilk oyunlarına hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, "İnter" bu mərhələdə İsveç "Elfsborq"u, "Neftçi" isə Sloveniya "Koper"i ilə qarşılaşacaq.
"Bankirlər"in İsveç təmsilçisi ilə səfər matçını italiyalı Davide Massa idarə edəcək. Bu oyun iyulun 17-də "Boras Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.
"Ağ-qaralar"ın sloveniyalılarla ilk dueli isə belaruslu Denis Şerbakova tapşırılıb. Bu görüş Bakıda, "Bakcell Arena"da baş tutacaq. Oyun saat 20:00-da start götürəcək.
Qeyd edək ki, hər iki komandamız cavab matçına bir həftə sonra çıxacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib