Bizi izləyin

Ölkə futbolu

"Qarabağ"ın ÇL macərası başlayır

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhə…

blank
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start veriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm son ölkə çempionu "Qarabağ" təmsil edir.
 
Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayır. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıdı. "Qarabağ"ın rəqibi Maltanın paytaxtı Valletta şəhərini təmsil edir. Malta Super Liqasında çıxış edən  bu klub 1904-cü ildə yaradılıb. Adalılar oyunlarını 17800 azarkeş tutumu olan "Ta Qali" stadionunda keçirirlər. Ağdam klubunun rəqibi 22 dəfə ölkə çempionu olmaqla yanaşı, 13 dəfə də Malta kubokunu başı üzərinə qaldırıb.
 
"Valletta" Maltanın avrokuboklarda ən böyük təcrübəyə malik klubu sayıla bilər. Bu komanda bütövlükdə 78 avrokubok matçına çıxıb. Onların yalnız 10-da qələbəyə sevinən maltalılar 12 görüşdə də heç-heçə ediblər və qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər. UEFA Kuboku (indiki Avroliqa) və İntertoto Kubokunda heç vaxt qələbə sevinci yaşamamış "Valletta"nın ÇL-dəki çıxışını daha uğurlu saymaq olar. Bu turnirdə keçirdiyi 34 matçın 7-də qalib gələn komanda 2 dəfə heç-heçə edib, 25 dəfə məğlub olub.
 
Maraq üçün qeyd edək ki, nəinki "Valletta", ümumiyyətlə, Malta klubları heç vaxt Azərbaycan klubları ilə avrokuboklarda qarşılaşmayıb. Təbii ki, eynilə "Qarabağ"ın da bu ölkə təmsilçiləri ilə yolları kəsişməyib.
 
"Valleta" son mövsümdə 51 xalla ölkə çempionu olub. Çempion qızıl medalları ikinci yerdə qərarlaşmış "Birkirkara" komandasını 1 xal qabaqlamaqla qazanıb. "Valetta" son mövsümdə 32 oyunda 24 qələbə qazanıb, 5 oyunda isə heç-heçə edib. Ağdam klubunun rəqibi cəmi 3 oyunda məğlub olub. 32 oyunda rəqib qapılarına 74 dəfə yol tapan valettalılar öz qapısından 21 qol buraxıb.
 
Komandanı 40 yaşlı yerli mütəxəssis Gilbert Aqius çalışdırır. Futbolçu karyerası zamanı da uzum müddət bu komandada çıxış etmiş gənc mütəxəssis 2012-ci ildən "Valletta"nın məşqçisi kimi çalışır. Bu ilin yayından isə o, komandaya baş məşqçi təyin olunub.
 
"Qarabağ"ın rəqibi elə də nəhəng təsiri bağışlamır. Bu üzdən də komandamızın "Valletta" səddini keçəcəyinə inam böyükdü. Amma təbii ki, həddən ziyadə arxayınlıq mənfi nəticələrə gətirib çıxara bilər. Buna görə də Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərini dəyərləndirməklə, cütün taleyini elə səfər matçında həll edə bilər. Cavab görüşünün Bakıda olması da Ağdam klubunun əsas üstünlüklərindəndi. Belədə "Qarabağ"ın bu şansı əldən qaçırması bağışlanmaz olacaq.
 
Maraq üçün bildirək ki, "Qarabağ" bu yay heyətlə bağlı elə də ciddi dəyişikliklərə əl atmadı. Elvin Yaqublu ilə Təmkin Xəlilzadəni AZAL-a icarəyə verən Ağdam təmsilçisi çox forma şansı qazanmayan Jaba Dvali, Ulrix Kapolonqo və Nikolas Gelaşvili ilə vidalaşdı. Əvəzində Portuqaliyanın "Maritimo" klubundan Danilo Dias, "Neftçi"dən Tərlan Quliyev və AZAL-dan Cavid Tağıyev ağdamlıların düşərgəsinə təşrif buyurub. Zədə və cəza problemi ilə üzləşməsə, komandamızın bu heyəti qarşıya qoyulan hədəflərə çatmaq üçün yetərli sayıla bilər.
 
Ağdam klubu bu mövsüm nəhayət qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadı. Vaxtilə "Neftçi"nin imza atdığı belə bir uğura Çempionlar Liqasında nail olmaq çətin olsa da, ən azı Avroliqanın qruplarına düşmək mümkündü. Bir neçə dəfə qrup mərhələsinin astanasında dayanan "Qarabağ"dan bu mövsüm gözləntilər çox yüksəkdi. Bu mənada komandamızın yeni avrokubok mövsümünə necə start verəcəyi böyük maraqla gözlənilir.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.375 reytinq xalı var. Bunun 0.500 xalı cari mövsümdə qazanılıb ki, bu da "İnter"in Avropa Liqasının ilk təsnifat mərhələsinin hər iki oyununda Moldova "Tiraspol"u üzərindəki qələbəsi sayəsində gerçəkləşib. "Qarabağ" özü isə 6.875 xalla klub sıralamasında Avropanın 199-cu komandasıdı. "Valletta" isə 4.841 reytinq xalı ilə 254-cüdü.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
15 iyul
 
21:30. Valletta – Qarabağ
Ta Qali. "Ta Qali Milli Stadionu".
Hakimlər: Adrien Jakkotte, Yohannes Vogel, Stefane De Almeyda, Sandro Şarer
(hamısı İsveçrə).
Hakim-inspektor: Alan Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Serxio Di Sezare (İtaliya).
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm