Dünya futbolu
Blatter Messini gözləmirmiş
FİFA prezidenti Yozef Blatter Argentina millisinin ulduzu Lionel Mess…
FİFA prezidenti Yozef Blatter Argentina millisinin ulduzu Lionel Messinin DÇ-2014-ün ən yaxşı futbolçusu seçilməsinə təəccüblənib. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri argentinalı forvardın bu mükafatı alacağını gözləmədiyini deyib:
“Messinin “Qızıl Top”u almağa gəldiyini görəndə təəccübləndim. Ancaq onun Argentinanın finala kimi yüksəlməsində böyük rolu oldu. Messi vurduğu qollarla komandasına qələbə qazandıraraq “Qızıl Top”a layiq olduğunu sübut etdi”.